Xalq artisti: "Yaşlı insanlar evdən çıxmasın"
22 mart 2020 13:05 (UTC +04:00)

Xalq artisti: "Yaşlı insanlar evdən çıxmasın"

“Hələ çox adam bu epidemiyaya zarafat kimi yanaşır, məsələnin ciddiyyətindən bixəbərdir”.

 Bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə üçün dövlət səviyyəsində bir sıra addımlar atılır: “Prezidentimiz sağ olsun, bu barədə çoxlu tədbir görülür. Nazirlər Kabineti yanında opertiv qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. Çox təəssüf ki, bəzi adamlar buna barmaqarası baxırlar. Deyirlər, keçib gedəcək, qrip kimi xəstəlikdi. Amma elə deyil, insanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər”.

Xalq artisti vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı məsləhət görüb: “Mən özüm təzə əməliyyat olmuşam. İmmunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar. Müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Xahiş edirəm, dövlətimiz bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Özü də tək bizdə deyil, bütün dünyanı ağzına alıb. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalılar”.

R.Balayev ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: “Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Başda Prezident olmaqla dövlət orqanları bu xəstəliyin qarşısının alınması yolunda ciddi işlər görür, koronavirusla mübarizə üçün pul ayrılır. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək. Hər halda biz də görürük ki, tələblərə riayət olunan yerlərdə  virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq. Lakin hələlik xəstəliyin kütləvi yayılmaması üçün nə tələb olunursa, etməliyik. Xahişim, ricam budur ki, insanlar tələblərə riayət eləsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2893
avatar

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45